
"Qarabağ"ın Avstriyanın Kössen qəsəbəsindəki məşqlərinin ikinci günü də yağıntılarla müşayiət olunub. Sportnet.az-ın məlumatına görə, yağışların ara verməməsi komandanın səhər məşqinin trenajor zalında keçməsinə səbəb olub.
Dani Kintana və Ansi Aqollinin ardından daha 2 legioner komandanın düşərgəsinə qoşulub. Braziliyalı Riçard Almeyda və Reynaldo səhər saatlarında "Qarabağ"ın məskunlaşdığı otelə gəliblər. Cənubi amerikalılar axşam yüngül məşqlə kifayətləniblər.
Komandanın bu günə 2 məşqi nəzərdə tutulub.






































































