
"Səbail" klubunun və Azərbaycan millisinin futbolçusu Mert Çelik zədələnib.
Sportnet.az xəbər verir ki, 25 yaşlı müdafiəçi səfərdə "Kəpəz"ə qarşı Azərbaycan Premyer Liqasının XXVIII tur matçında ayağından xəsarət alıb.
Əvvəlcə o, zədəli halda oynamaq istəyib. Lakin davam edə bilmədiyini gördükdən sonra əvəzlənib.
81-ci dəqiqədə Çelikin yerinə meydana Emil Rüstəmov daxil olub.
Qeyd edək ki, hazırda hesab bərabərdir - 1:1.