
İtaliya təmsilçisi "Roma"nın özbəkistanlı hücumçusu Eldor Şomurodov klubu ilə müqaviləsini uzatmaq üçün maaşının azaldılmasına razılıq verib.
Sportnet.az "Calciomercato.com" nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı oyunçunun yeni sözləşməsi 1 illik nəzərdə tutulub.
Qeyd edək ki, E. Şomurodov cari mövsüm "cavavarlar"ın heyətində 30 oyun keçirib və 6 qol vurub. O, 2021-ci ildə "Cenoa"dan ayrılaraq "Roma"ya keçib.