
Azərbaycanlı futbolçu Vüsal İsgəndərli "Boluspor" komandasının heyətində Türkiyə I Liqasında növbəti oyununu keçirib.
Sportnet.az xəbər verir ki, XXXIII turda rəqib "Sakaryaspor" olub.
Bolu Atatürk stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1.
Start heyətdə yer alan İsgəndərli 86-cı dəqiqədə əvəzlənib.
Bu qələbə sayəsində "Boluspor" 48 xalla 8-ci pilləyə yüksəlib. Azərbaycan millisinin futbolçusu Coşqun Diniyevin formasını geyindiyi "Çorum" isə eyni xalla 11-ci yerdə gedir.