
Futzal üzrə Azərbaycan milli komandası AVRO-2026-nın əsas mərhələsində son səfər oyununu keçirib.
Sportnet.az xəbər verir ki, Vitali Borisovun baş məşqçi olduğu kollektiv "Helsinqborq Arena"da İsveç yığmasının qonağı olub.
Səfərə zədə səbəbindən bir neçə əsas oyunçusuz yollanan milli görüşdən məğlub ayrılıb - 3:4.
Milli qrupda son oyununu aprelin 15-də Bakı idman Sarayında keçirəcək. Xorvatiya ilə oyun saat 20:00-da start götürəcək.
11 aprel
21:00. İsveç – Azərbaycan - 4:3
Hakimlər: Peter Nurse, Jordan Griffiths, Oliver Rodriguez-Ballinger (hamısı İngiltərə)
Hakim-inspektor: Boqdan Sorescu (Rumıniya)
UEFA nümayəndəsi: Fabrizio Di Feliçe (İtaliya)
Timekiper: George Jansizian (İsveç)
Qollar: Fredrik Söderqvist, 10:23; 36:41. Petrit Zhubi, 14:59. Donat Qaşi, 38:03 - Oktay Rüstəmli, 1:07; 1:46. Rüstəm Bağırov, 11:50
"Helsinqborq Arena".