
İspaniyanın "Real Madrid" klubunun mövsümün sonunda hansı futbolçuları ilə yolları ayırmaq istədiyi məlum olub.
Sportnet.az “AS” nəşrinə istinadən xəbər verir ki, “kral klubu” 3 üzvünu komandadan göndərmək niyyətindədir.
Yayda komandadan ayrılma ehtimalı yüksək olan futbolçular 33 yaşlı müdafiəçi Lukas Vaskes, 32 yaşlı müdafiəçi David Alaba və 39 yaşlı yarımmüdafiəçi Luka Modriçdir.
Qeyd edək ki, bir müddət əvvəl "Real Madrid"in İngiltərə “Liverpul"unun futbolçusu Trent Aleksander-Arnoldu transfer etməyi planlaşdırdığı barədə xəbərlər yayılmışdı.