
“Uda da bilərdik, uduza da”.
Sportnet.az xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev səfərdə Azərbaycan Premyer Liqasının XXX turunda “Kəpəz”lə 0:0 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssis oyunun ağır keçdiyini bildirib: “Matçdan qabaq bunu təxmin edirdik. Sıx qrafikdə oynadığımızı bilirik. Birinci hissə yox, ikinci hissə epizodlara girə bildik. Uda da bilərdik, uduza da. Bu oyunu unudaraq, növbətinə hazırlaşacağıq”
O, komandasında zədəli futbolçuların olduğunu vurğulayıb: “Ümumi götürəndə problemimiz müdafiəçilərlə bağlı deyil. Heyətimizdə çoxlu zədəli futbolçu var. Bəxtiyar Həsənəlizadə, İsuf Paro kimi oyunçular olmayanda müəyyən rotasiyalar etməliyik. Birinci hissədə komanda şəklində oyunumuz alınmadı. İkinci hissədə oyunun axarını ələ ala bildik”.