
İngiltərənin "Kristal Pelas" klubu futbolçusu Uill Hyusla yeni müqavilə bağlayıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qartallar" 30 yaşlı yarımmüdafiəçi ilə 2027-ci ilin yayına qədər davam edən sözləşmə imzalayıb.
Hyusun əvvəlki müqaviləsi cari mövsümün sonunda bitirdi.
Qeyd edək ki, "Kristal Pelas" Uill Hyus 2021-ci ildə "Uotford"dan transfer edib. O, cari mövsüm ərzində meydana çıxdığı 32 oyunda 4 məhsuldar ötürmə müəllifi olub.