
Azərbaycan 1-ci liqasında "Ayın qolu" layihəsi çərçivəsində "İmişli"nin futbolçusu Pablo Alveş mükafatlandırılıb.
Sportnet.az xəbər verir ki, mart ayının ən yaxşı qolunun müəllifinə mükafat 22-ci turun "İmişli" – "Qəbələ" oyunundan əvvəl verilib.
Mükafatı Peşəkar Futbol Liqasının Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.