
Futbol üzrə Türkiyə 1-ci liqasında 35-ci turun oyunları keçirilir.
Sportnet.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin heyətində yer aldığı “Boluspor” öz meydanında “Karagümrük”ü məğlub edib (1:0). V.İsgəndərli oyuna 90+5-ci dəqiqədə daxil olub.
Azərbaycan yığmasının üzvü Coşqun Diniyevli “Çorum” klubu isə səfərdə eyni hesabla “Amedspor”a uduzub. Diniyevin adı oyunun iştirak ərizəsinə salınsa da, meydana çıxmaq şansı olmayıb.
35 turdan sonra “Boluspor” 52 xalla 8-ci, “Çorum” 51 xalla 10-cu pillədədir.