
Azərbaycan Premyer Liqasında XXXI turun son oyununda “Zirə” komandası “Sumqayıt”ı qonaq edib.
Sportnet.az xəbər verir ki, baş hakim Rauf Cabarovun idarə etdiyi qarşılaşmada “qartallar” 3:1 hesablı qələbə qazanıb.
Zirə İdman Kompleksinin stadionunda baş tutan matçda hesabı 6-cı dəqiqədə Giorgi Papunaşvili açıb. İlk hissəsin əlavə edilmiş birinci dəqiqəsində isə Martins Junior cərimə zərbəsindən vurduğu qolla fərqi artırıb.
“Kimyaçılar”dan Bobur Abdixolikov 52-ci dəqiqədə fərqi azaltsa da, matçın 89-cu dəqiqəsində Salifu Suma Rəşad Sadıqovun rəhbərlik etdiyi komandanın 3-cü qolunu vurub. Bu, Sumanın cari mövsüm Premyer Liqada 10-cu qolu olub.
“Zirə” bu qələbə sayəsində xallarının sayını 61-ə çatdıraraq ikinci pillədəki mövqeyini daha da möhkəmlədib. "Qartallar" həm də "Qarabağ"ın çempionluğunu bu tur rəsmiləşdirməsinə əngəl olublar. Qalan 5 turda Ağdam komandasına 12 qat çempionluq üçün 1 xal da kifayət edəcək. Vaqif Cavadovun komandası isə 29 xalla 8-cidir.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qarabağ” evdə “Neftçi”ni 3:0, “Sabah” “Səbail”i 3:2, “Şamaxı” “Kəpəz”i 2:1 hesabı ilə üstələyib. “Turan Tovuz” isə “Araz-Naxçıvan” səfərində heç-heçə edib - 1:1.
-----------------------------
Azərbaycan Premyer Liqasının XXXI turun son oyun günündə “Şamaxı” və “Kəpəz” komandaları üz-üzə gəlib.
Sportnet.az xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin qələbəsilə yekunlaşıb - 2:1.
Baş hakim Cavid Cəlilovun idarə etdiyi qarşılaşmada ilk qolu meydan sahiblərinin futbolçusu Alfons Msanqa vurub. 35-ci dəqiqədə Luis Paçu hesabı bərabərləşdirib. 67-ci dəqiqədə isə Brahim Konate fərqlənərək “Şamaxı”nı hesabda önə çıxarıb.
Matçın 85-ci dəqiqəsində meydan sahiblərinin braziliyalı futbolçusu Maykl Tuik qonaqların oyunçusu Dioqo Verdaşkaya qarşı kobudluğa görə ikinci sarı vərəqə, yəni “qırmızı” alaraq komandasını azlıqda qoyub.
Bu nəticədən sonra Ayxan Abbasovun kpmandası xallarının sayını 34-ə çatdıraraq 6-cı pillədə yer alan “Neftçi” ilə fərqi minimuma endirib. Azər Bağırovun kollektivi isə 28 xalla 9-cu pillədəki yerini dəyişməz saxlayıb.
Qeyd edək ki, turun son görüşündə “Zirə” “Sumqayıt”ı qəbul edəcək. Zirə Olimpiya İdman Kompleksində baş tutacaq görüş saat 19:00-da start götürəcək.
-------------------------------
Bu gün Azərbaycan Premyer Liqasında XXXI turun son 2 oyunu keçiriləcək.
Sportnet.az xəbər verir ki, günün ilk matçında “Şamaxı” “Kəpəz”i qəbul edəcək.
Şamaxı şəhər stadionunda baş tutacaq qarşılaşmanı baş hakim Cavid Cəlilov idarə edəcək.
İki komanda arasındakı qarşılaşmalara nəzər salsaq, “şirlər” son 2 matçda qalib gəlməyib. Gəncə təmsilçisi isə son 4 səfərdə uduzmayıb.
Hazırda “Şamaxı” 31 xalla 7-ci, “Kəpəz” 28 xalla 9-cudur.
Turun son görüşü isə “Zirə” və “Sumqayıt” arasında placaq. Zirə İdman Kompleksinin stadionundaki matçda ədaləti Rauf Cabarov qoruyacaq.
Şəxsi matçlarda “qartallar” 18 oyundur uduzmur. “Kimyaçılar” son 3 oyunda məğlub olub.
“Zirə” 58 xalla 2-ci, “Sumqayıt” 29 xalla 8-cidir.
Turun digər oyunlarında “Qarabağ” evdə “Neftçi”ni 3:0, “Sabah” “Səbail”i 3:2 hesabı ilə məğlub edib. “Turan Tovuz” isə səfərdə “Araz-Naxçıvan”la heç-heçə edib - 1:1.
Qeyd edək ki, “Zirə” xal itirəcəyi təqdirdə, “Qarabağ”ın çempionluğu rəsmiləşəcək.
Azərbaycan Premyer Liqası
XXXI tur
20 aprel
16:30. "Şamaxı" – "Kəpəz" - 2:1
Qollar: Alfons Msanqa, 27. Brahim Konate, 67 - Luis Paçu, 35
Qırmızı vərəqə: Maykl Tuik, 85 ("Şamaxı")
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
Şamaxı şəhər stadionu
19:00. "Zirə" – "Sumqayıt" - 3:1
Qollar: Giorgi Papunaşvili, 6. Martin Junior, 45+1. Salifu Suma, 89 - Bobir Abdixolikov, 52
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Teymur Teymurov, Əli Əliyev
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Munis Abdullayev
Zirə İK stadionu.