
Türkiyənin "Beşiktaş" klubu mövsümün sonunda bir çox futbolçusu ilə yollarını ayıracaq.
Sportnet.az xəbər verir ki, mövsümün əvvəlində "Qalatasaray"ı 5:0 hesabı ilə darmadağın edərək Türkiyə Super Kubokunu qazanan "qartallar"ın cari mövsüm üçün planları gözlənildiyi kimi cərəyan etməyib.
İstanbul təmsilçisi Türkiyə Super Liqası və UEFA Avropa Liqasındakı uğursuzluq fonunda heyətindəki 11 futbolçunu göndərəcək.
Qeyd edək ki, "Beşiktaş" 30 oyuna 49 xal toplayaraq Türkiyə çempionatının beşinci pilləsində qərarlaşıb.
"Hürriyet" nəşrinə görə, "Beşiktaş"dan göndəriləcək oyunçular və onların illik məvacibləri:
1. Çiro İmmobile - 6 milyon avro
2. Moatasem Al-Musrati - 2,5 milyon avro
3. Aleks-Oksleyd Çemberleyn - 2,5 milyon avro
4. Qabriel Paulista - 2,12 milyon avro
5. Feliks Uduoxay - 1,8 milyon avro
6. Joau Mariu - 1,785 milyon avro
7. Baxtiyor Zaynutdinov - 1,2 milyon avro
8. Salih Uçan - 686 min avro
9. Onur Bulut - 549 min avro
10. Tayyip Talha Sanuç - 500 min avro
11. Can Keleş 480 min avro.