
Türkiyənin "Fənərbağça" komandasının baş məşqçisi Joze Mourinyo Portuqaliya millisinə rəhbərlik edə bilər.
Sportnet.az-ın "beIN Sport"a istinadən məlumatına görə, Portuqaliya Futbol Federasiyası (FPF) 62 yaşlı mütəxəssisin yığmaya baş məşqçi təyinatında maraqlıdır.
FPF hesab edir ki, ölkə millisi 2026-cı il dünya çempionatına maksimal təminatla yanaşa bilər. Qurum Mourinyo ilə müqaviləni vaxtından əvvəl pozmasından ötrü "Fənərbağça"ya kompensasiya ödəmə variantını da nəzərdən keçirir.
Hazırda Portuqaliya millisinin baş məşqçisi Roberto Martinesdir.
Qeyd edək ki, daha əvvəl Joze Mourinyo ilə Braziliya yığmasının da maraqlandığı bildirilib. Portuqaliyalı mütəxəssis Türkiyə komandasına 2024-cü ilin yayından rəhbərlik edir. Onun müqaviləsi 2026-cı il iyunun 30-dəkdir.