
AFFA İntizam Komitəsi Azərbaycan Kubokunda ½ final mərhələsinin “Sabah” və “Neftçi” komandaları arasında keçirilmiş cavab oyununda baş verənlərlə bağlı qərarlarını açıqlayıb.
Sportnet.az xəbər verir ki, cəzanın böyük hissəsi meydan sahibi kluba kəsilib.
"Sabah"a oyun bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə 800 manat, klubun azarkeşləri meydana kənar əşyalar atdıqlarına görə 800 manat, pirotexniki vasitədən istifadə edildiyinə görə 1500 manat cərimələnib.
“Neftçi” isə azarkeşlərinin meydana kənar əşyalar atmaları səbəbindən 800 manat ziyana düşüb.