
“Real”ın ulduz futbolçusu Kilian Mpappe “Barselona” ilə oyunda meydana çıxmaya bilər.
Sportnet.az xəbər verir ki, bu barədə “Radio Marca” məlumat yayıb.
Məlumata görə, “Real Madrid”in baş məşqçisi Karlo Ançelotti hücumçunun fiziki hazırlığından narahatdır. Bu səbəbdən çalışdırıcı fransalı futbolçunu vacib matçda meydana buraxmağa ehtiyat edir. Mbappe “Barsa”ya qarşı oynamasa, onun mövqeyində yarımmüdafiəçi Daniel Sebalosa şans veriləcəyi gözlənilir.
Fransalı hücumçu Çempionlar Liqasının 1/4 finalında “Arsenal”la cavab oyununda topuğundan zədə alıb.
Yada salaq ki, sabah “Real Madrid”lə “Barselona” İspaniya Kubokunun finalında qarşılaşacaq.