
Azərbaycan Premyer Liqasında XXXII turun ikinci oyun günündə “Kəpəz” və “Zirə” komandaları üz-üzə gəlib.
Sportnet.az xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən qarşılaşma “qartallar”ın 1:0 hesablı qələbəsilə yekunlaşıb.
FIFA referisi Əliyar Ağayevin idarə etdiyi qarşılaşmada yeganə qolu 66-cı dəqiqədə qonaqların futbolçusu Salifi Suma vurub. Cari mövsümdə 11-ci qolunu vuran qanalı hücumçu bombardirlər siyahısında ikinci pilləyə yüksəlib. O, “Qarabağ”ın futbolçusu Leandro Andradedən 3 top geri qalır.
“Zirə” bu nəticəyədək ən azı Kofrans Liqasına vəsiqəni təmin etmişdi. Rəşad Sadıqovun komandası hazırda 64 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşır.
Azər Bağırovun kollektivi isə 28 xalla turnir cədvəlinin 9-cu pilləsindəki yerini dəyişməz saxlayıb.
Qeyd edək ki, turun açılış oyununda “Turan Tovuz” öz meydanında “Şamaxı” ilə heç-heçə edib - 1:1. Qalan qarşılaşmalar 27-28 apreldə baş tutacaq.
----------------------
Azərbaycan Premyer Liqasında XXXII turun bu gün daha bir oyunu keçiriləcək.
Sportnet.az xəbər verir ki, ev oyunlarını Tovuzda keçirən “Kəpəz” paytaxtın “Zirə” klubunu qəbul edəcək.
Qonaqlar qələbə qazana bilməsələr, “Qarabağ”ın çempionluğu bu gün rəsmiləşəcək. “Zirə” klubu isə ən azı Kofrans Liqasına vəsiqəni “Kəpəz”lə oyunda həll edə bilər. Bunun üçün Rəşad Sadıqovun komandasına 1 xal yetərlidir.
Hazırda “Zirə” 61 xalla 2-ci, “Kəpəz” 28 xalla 9-cu yerdədir.
Turun açılış oyununda dünən “Turan Tovuz” öz meydanında “Şamaxı” ilə heç-heçə (1:1) edib. Digər qarşılaşmalar aprelin 27-28-də baş tutacaq.
Azərbaycan Premyer Liqası
XXXII tur
26 aprel (şənbə)
19:00 “Kəpəz” – “Zirə” - 0:1
Qol: Salifu Suma, 64
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Kamranbəy Rəhimov
VAR: Rəvan Həmzəzadə
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Namiq Əliyev
Tovuz şəhər stadionu