
Karlo Ançelotti İspaniyanın “Real Madrid” futbol komandasının baş məşqçi postundan qovulmağa yaxındır.
Sportnet.az “Sky Sports” nəşrinə istinadən xəbər verir ki, 66 yaşlı mütəxəssis artıq gələn həftə vəzifəsindən azad oluna bilər.
Daha əvvəl onun böyük ehtimalla, Braziliya yığmasının sükanı arxasına tezliklə keçəcəyinə dair xəbərlər yayılıb.
Qeyd edək ki, Karlo Ançelotti 2013 – 2015-ci illərdə “Real Madrid”ə rəhbərlik edib və 2021-ci ildə kluba qayıdıb. O, İspaniya çempionluğu, iki dəfə ölkə kuboku və bir dəfə Superkubok qazanıb. Ançelotti, həmçinin iki dəfə UEFA Super Kubokunu və klublararası dünya çempionluğunu əldə edib.