
Azərbaycan yığmasının futbolçusu Zamiq Əliyevin heyətində yer aldığı “Eqnatiya” klubu Albaniya çempionatında növbəti oyununu keçirib.
Sportnet.az xəbər verir ki, “Eqnatiya” 36-cı turda səfərdə “Teuta”ya uduzub – 1:2.
Zamiq Əliyev adı oyunun iştirak ərizəsinə salınsa da, meydana çıxmaq şansı olmayıb.
“Eqnatiya” məğlub olmasına baxmayaraq, liderliyini qoruyur. Əliyevin komandası 59 xalla ən yaxın rəqibi "Vlazniya"nı 2 xal qabaqlayır.
Qeyd edək ki, Zamiq Əliyev cari mövsüm ərzində meydana çıxdığı 39 oyunda 1 qolla yadda qalıb.