
“Liverpul” klubu tarixində 20-ci dəfə İngiltərə Premyer Liqasının qalibi olub.
Sportnet.az xəbər verir ki, Mersisayd təmsilçisi buna XXXIV turda evdə "Tottenhem"i 5:1 hesabı ilə darmadağın edərək nail olub.
Baş məşqçi Arne Slotun rəhbərlik etdiyi kollektiv liqanın sonuna dörd tur qalmış birinci yeri təmin edib. "Liverpul" ikinci yerdə qərarlaşan "Arsenal"ı 15 xal qabaqlayır.
Qeyd edək ki, “Liverpul” sonuncu dəfə 2019/2020 mövsümündə İngiltərə Premyer Liqasını birinci tamamlayıb.