
Almaniya Bundesliqasında çıxış edən iki klub Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə maraqlanır.
Sportnet.az "Bild"ə istinadən xəbər verir ki, 27 yaşlı hücumçuya II Bundesliqa təmsilçisi "Nürmberq"dən yeni müqavilə təklifi gəlməyib.
Onun növbəti mövsüm bu komandada qalma şansının az olduğu bildirilir.
Lakin Emreli Almaniyada qalmaq istəyir.
Qeyd edək ki, mövsümün əvvəlində "Nürnberq"ə keçən Mahir Emreli II Bundesliqada 7, Almaniya Kubokunbda 1 qola imza atıb.