
İspaniyanın “Real Madrid” klubunun futbolçusu Andrey Lunin karyerasına Türkiyə çempionatında davam edə bilər.
Sportnet.az “Fotomaç”a istinadən xəbər verir ki, ukraynalı qapıçı ilə “Qalatasaray” maraqlanır.
İstanbul təmsilçisi yaxın günlərdə 26 yaşlı oyunçu üçün “kral klubu” ilə ilkin danışıqlar aparacaq.
Qeyd edək ki, Andrey Lunin 2018-ci ildən “Real Madrid”in şərəfini qoruyur. O, cari mövsüm ərzində 13 oyunda iştirak edib.