
İtaliya Futbol Federasiyası “Yuventus”un türkiyəli futbolçusu Kənan Yıldızı 2 oyunluq cəzalandırıb.
Sportnet.az xəbər verir ki, gənc futbolçu A seriyasının XXXIV turunun “Monza” ilə oyununda birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
K.Yıldız oyunun 45+3-cü dəqiqəsində komandasını azlıqda qoysa da, “Yuve” 10 nəfərlə rəqibini 2:0 hesabı ilə məğlub edib.
Türk ulduz A seriyasının “Bolonya” və “Latsio” ilə vacib oyunlarında Turin klubuna kömək edə bilməyəcək.