
Azərbaycan milli komandasının heyəti mayın 23-də açıqlanacaq.
Sportnet.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Millinin baş məşqçisi Fernandu Santuş iyunun 7-də Latviya və iyunun 10-da Macarıstanla yoldaşlıq görüşlərinə dəvət olunacaq futbolçuların adlarını mətbuat konfransında açıqlayacaq.
Qeyd edək ki, Latviya ilə qarşılaşma Riqadakı "Skonto" stadionunda, Macarıstanla matç isə "Liv Bona Dea Arena"da təşkil olunacaq.