
Azərbaycanın əsas millisi ilə 21 yaşadək futbolçulardan ibarət yığma komandası arasında yoldaşlıq görüşü keçiriləcək.
Sportnet.az xəbər verir ki, bu barədə U-21-in baş məşqçisi Ayxan Abbasov bildirib.
Onun sözlərinə görə, qarşılaşma mayın 30-da olacaq.
Abbasov matçın təşkili ilə əlaqədar əsas millinin baş məşqçisi Fernandu Santuşa təşəkkür edib: "Çalışacağıq ki, heyətə dəvət etdiyimiz 30 futbolçunun hamısını bu oyunda görək. Təklif Santuşdan gəldi, həqiqətən də sevindirici oldu".
Qeyd edək ki, Azərbaycanın əsas millisi iyunun 7-də səfərdə Riqada Latviya, iyunun 10-da Bakıda Macarıstanla üz-üzə gələcək. U-21 isə iyunun 4-də Minskdə Belarus, iyunun 8-də Sumqayıtda Monteneqro ilə qarşılaşacaq.