
Dünya şöhrətli karateçi Rafael Ağayev qadın futbolçulardan ibarət milli komandanın məşqini izləyib.
Bu barədə Sportnet.az-a AFFA-nın mətbuat xidmətindən məlumat verilib.
Ağayev ardından milli üzvləri ilə söhbət edərək UEFA Millətlər Liqasının qrup mərhələsində Litva ilə keçiriləcək oyunda onlara uğurlar arzulayıb.
Azarkeşlərə çağırış edən tanınmış idmançı onları millinin oyununa gələrək komandanı dəstəkləməyə dəvət edib.
Qeyd edək ki, mayın 30-da Bayıl stadionunda keçiriləcək Azərbaycan – Litva görüşü saat 18:00-da başlayacaq.