
"Qələbə münasibəti ilə bütün xalqımızı təbrik edirəm".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev dünya çempionatının 1/4 finalında İngiltərəni 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
O, oyunun gözəl keçdiyini bildirib: "Hər keçən oyunda daha güclü komandalar qalır. Komandamız yaxşı mübarizə apardı. Qalib gəldiyimiz üçün sevincliyik. Sabah yarımfinala hazırlaşmağa başlayacağıq".
Baş məşqçi yarımfinalda Monteneqro ilə keçiriləcək oyun barədə danışıb: "Qalib gələ bilsək, çempionluq barədə danışmaq olar. Onlar da tanıdığımız komandadır. Hər komanda dünya çempionatına fərqli hazırlaşır. Bu yaxınlarda oyunumuz olmuşdu. Yarımfinalın təsüratı başqa olur. Hər komanda finala çıxmaq üçün hər şeyini ortaya qoyacaq".