
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandası mükafatlandırılıb.
Sportnet.az xəbər verir ki, əvvəlcə fərdi mükafatlar verilib.
Azərbaycan yığmasının üzvü Ramiz Çovdarov mundialın ən yaşı oyunçusu kimi təltif olunub.
Milliyə isə qızıl medallar və Dünya Kuboku verilib.
Mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Dünya Minifutbol Federasiyasının prezidenti Filip Juda, Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov təqdim edib.