
“Bu, bizim üçün vacib oyundur. Yoldaşlıq görüşü deyilən bir anlayış yoxdur. Bakıya öz işimizi görməyə gəlmişik”.
Sportnet.az xəbər verir ki, bunu Macarıstan yığmasının futbolçusu Loik Neqo Azərbaycan millisinə qarşı keçirəcəkləri yoldaşlıq görüşündən əvvəl mətbuat konfransında deyib.
34 yaşlı müdafiəçi nəticənin önəmli olduğunu bildirib: “Qələbə qazanmaq üçün də meydanda yaxşı oynamaq lazımdır”.
O, çıxış etdiyi Fransanın “Havr” klubunda qalıb-qalmayacağını bilmədiyini söyləyib: “Son mövsüm uzun alındı. Müəyyən müsbət məqamlar oldu. Liqa 1-də qaldığımız üçün şənləndik. Amma vaxtım az idi, çünki milliyə qoşulmalı idim. Burada qalıb-qalmayacağımı bilmirəm”.
Qeyd edək ki, iyunun 10-da "Liv Bona Dea Arena"da keçiriləcək Azərbaycan - Macarıstan oyunu saat 20:00-da başlanacaq.