
UEFA Çempionlar Liqasında 2025/2026 mövsümünə start verilib.
Sportnet.az xəbər verir ki, I təsnifat mərhələsinin ilk oyun günündə 10 görüş keçirilib.
Azərbaycan milli komandasının futbolçusu Zamiq Əliyevin komandası Albaniya "Eqnatiya"sı İslandiya "Breydablik"ini qəbul edib. Eqnatiya şəhərindəki "Rrogozhine" stadionunda təşkil olunacaq qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 90+2-ci dəqiqədə İldi Qruda vurub.
Əliyev sonadək ehtiyatda qalıb.
Oyunların nəticələri:
19:00. "KuPS Kuopio" (Finlandiya) - "Milsami" (Moldova) - 1:0
20:00. "İberiya" (Gürcüstan) - "Malmö" (İsveç) - 1:3
20:00. "Noa" (Ermənistan) - "Buduçnost" (Monteneqro) - 1:0
20:30. "Levadiya Tallin" (Estoniya) - RFS (Latviya) - 0:1
21:00. "Olimpiya" (Sloveniya) - "Kayrat" (Almatı) - 1:1
22:00. TNS (Uels) - "Şkendiya" (Şimali Makedoniya) - 0:0
22:00. "Drita" (Kosovo) - "Differdanj" (Lüksemburq) - 1:0
22:00. "Vikinqur" (Farer adaları) - "Linkoln" (Cəbəllütariq) - 2:3
23:00. "Eqnatiya" (Albaniya) - "Breydablik" (İslandiya) - 1:0
23:00. "Virtus" (San Marino) - "Zrinski" (Bosniya və Herseqovina) - 0:2
Qeyd edək ki, daha 4 oyun iyulun 9-da keçiriləcək. Cavab görüşləri 15-16 iyulda olacaq.