
UEFA Avropa Liqasının I təsnifat mərhələsində Sloveniyanın “Tselye” klubu ilə qarşılaşacaq "Sabah"ın oyununa bilet satışı davam edir.
Sportnet.az xəbər verir ki, iyulun 10-da "Bank Respublika Arena"da təşkil olunacaq matça artıq 5000 bilet satılıb.
Biletləri iticket.az saytından, həmçinin stadionun kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, qarşılaşma saat 20:00-da başlanacaq.