
Türkiyədə təlim-məşq toplanışı çərçivəsində “Araz-Naxçıvan” bu gün ilk yoxlama oyununu keçirib.
Sportnet.az xəbər verir ki, Naxçıvan təmsilçisi “Bayburtspor”la üz-üzə gəlib və 14:0 hesabı ilə qələbə qazanıb.
Ramon Maçadonun poker, Patrik Andrade, Ülvi İsgəndərov və Çarles Bolinin dubl etdiyi matçda digər qolları Ba-Muaka Simakala, Elçin Mustafayev, Felipe Santos, Bar Kohen vurublar. Baş məşqçi Elmar Baxşıyev meydana iki fərqli heyət buraxıb.