
2025/2026 mövsümü üçün heyət çalışmalarını davam etdirən "Sumqayıt" klubu daha bir futbolçunun keçidini reallaşdırıb.
Sportnet.az "gənclik şəhəri" təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, müqavilə ilə "Sabah"a məxsus yarımmüdafiəçi Rauf Rüstəmli 1 illik icarəyə götürülüb.
Qeyd edək ki, "Qəbələ"nin yetirməsi olan Rüstəmli karyerası boyunca "Sabah" və "Şamaxı" klublarının uğurları üçün çalışıb. 21 yaşlı yarımmüdafiəçi Azərbaycanın U-17, U-19, U-21 və əsas milli komandalarının da şərəfini qoruyub.