
Növbəti mövsümün hazırlıqlarını davam etdirən "Sumqayıt" yeni transferlə güclənib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbəbr verir ki, "gənclik şəhəri" təmsilçisi Madaqaskardan olan Aleksandr Ramalinqomu heyətinə qatıb.
O, son olaraq İsrailin "Bney Saxnin" klubunda çıxış edib. Ramalinqom ilə 1+1 illik müqavilə imzalanıb. 32 yaşlı hücumçu "Sumqayıt"ın heyətində "9" nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Aleksandr Ramalinqom daha əvvəl "Səbail"də çıxış edib. O, Madaqaskar millisinin heyətində 8 oyun keçirib.