
"Kəpəz" və "Şamaxı"nın sabiq futbolçusu Georgi Kantariyanın yeni klubu müəyyənləşib.
Sportnet.az xəbər verir ki, gürcüstanlı yarımmüdafiəçi Rusiyanın “Nefteximik” komandasına keçib.
Bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Kantariya son mövsümü Rusiyanın digər təmsilçisi "Sokol"da keçirib.
Qeyd edək ki, Georgi Kantariya 2022-2023-cü illərdə "Kəpəz"in, 2024-cü ildə isə "Şamaxı"nın şərəfini qoruyub.