Azərbaycanı UEFA Avropa Liqasında təmsil etmiş “Sabah”ın I təsnifat mərhələsində “Tsele” ilə Sloveniyadakı cavab görüşü het-triklə əlamətdar olub.

 

Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Masazır komandasının futbolçusu Coy Lens Mikels meydan sahiblərinin qapısına 3 qol vurub.

 

31 yaşlı almaniyalı hücumçu Azərbaycan klublarının heyətində avrokuboklarda het-trik edən 5-ci futbolçu olub. Mikelsə qədər buna 4 futbolçu nail olub. Badri Kvaratsxeliya və Olavio Juninyo Çempionlar Liqasında, Ernest Nfor ilə Teo Uiks Avropa Liqasında fərqləniblər.

Mikels bu turnirdə 3-cü het-trikin müəllifi olub. O, buna səfərdə nail olan ikinci oyunçudur.

 

2000/2001 mövsümü, Çempionlar Liqası

Badri Kvaratsxeliya – 19.07.2000. “Şəmkir” – “Skonto” (Latviya) – 4:1 (əlavə vaxtda)

 

2014/2015 mövsümü, Avropa Liqası

Ernest Nfor – 07.08.2014. “Çixura” (Gürcüstan) – “Neftçi” – 2:3

 

2015/2016 mövsümü, Avropa Liqası

Teo Uiks – 30.06.2015. “Qəbələ” – “Samtredia” (Gürcüstan) – 5:1

 

2024/2025 mövsümü, Çempionlar Liqası

Olavio Juninyo – 30.07.2024. “Qarabağ” - “Linkoln” (Cəbəllütariq) – 5:0

 

2025/2026 mövsümü, Avropa Liqası

Coy Lens Mikels – 17.07.2025. “Selye” (Sloveniya) – “Sabah” – 3:3 (əlavə vaxtda)

 

Qeyd edək ki, evdə 2:3 hesabı ilə məğlub olan “Sabah” səfərdəki görüşün 90 dəqiqəsində eyni nəticə ilə qalib gəlsə də, əlavə vaxtda buraxdığı topla Avropa Liqası ilə vidalaşıb və Konfrans Liqasında mübarizə aparacaq.