
"İmişli" klubu iki futbolçusu ilə müqaviləni yeniləyib.
Sportnet.az klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, bölgə təmsilçisi Elmir Rəhimzadə ilə sözləşmənin müddətini 1 illik, Lətif Rzayevlə isə 2 illik uzadıb.
Qeyd edək ki, "İmişli" növbəti mövsüm Azərbaycan Premyer Liqasında mübarizə aparacaq.