“Neftçi”dən ayrılan futbolçu Höccət Haqverdinin “Araz-Naxçıvan”a keçidi baş tutmayıb.

 

Sportnet.az-ın əldə etdiyi məlumata görə, 32 yaşlı müdafiəçi Naxçıvan təmsilçisi ilə danışıqlar aparsa da, tərəflər maliyyə məsələsində ortaq məxrəcə gələ bilməyiblər.

 

Baş məşqçi Elmar Baxşıyevin futbolçunu gələcək planlarına daxil etməsinə baxmayaraq, Haqverdi UEFA Konfrans Liqasında iştirak imkanından yararlanmaq istəməyib.

 

O, daha əvvəl Azərbaycandakı ilk klubu “Sumqayıt”ın da təklifini geri çevirib. Hazırda klubsuz olan futbolçu bir Premyer Liqa klubu və bir xarici komanda ilə danışıqlar aparır.

 

Qeyd edək ki, Höccət Haqverdi sonuncu dəfə 2023-cü ildə Azərbaycan millisinin heyətinə dəvət alıb.