
İngiltərənin "Çelsi" klubunun Kobhemdəki məşq bazasında video avadanlıq itib.
Sportnet.az "The Sun"a istinadən xəbər verir ki, London təmsilçisi bununla bağlı polisə müraciət edib.
Matçların qeydə alınması üçün istifadə olunan avadanlıq 30.000 funt sterlinq dəyərində qiymətləndirilir.
Klub videotexnikanın haradasa unudulduğunu və bütün işçilərin məzuniyyətdən qayıdandan sonra tapıla biləcəyini istisna etmir.
Bununla belə, “Çelsi” istintaqa polisi cəlb etmək qərarına gəlib.