
Amerikalı pop müğənni Cennifer Lopez Özbəkistanın paytaxtı Daşkənddə konsert proqramı ilə çıxış edib.
Sportnet.az xəbər verir ki, musiqili şou Özbəkistan milli komandasının və "Bunyodkor" klubunun ev oyunlarının keçirdiyi "Bunyodkor" stadionuda təşkil olunub.
Konsertdən sonra arenadakı qazon ciddi zədələnib.
Yerli KİV-in məlumatına görə, meydançanın bərpasına iki aya yaxın zaman tələb olunur.