
"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov özünə iki yeni köməkçi-məşqçi götürüb.
Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, bunlar Anar Vəliyev və qapıçı hazırlığı üzrə Əyyub Əliyevdir.
Qeyd edək ki, bu gün "Şamaxı" Azərbaycan Premyer Liqasının ilk tur matçında "Neftçi"nin qonağı olacaq. "Neftçi Arena"da keçiriləcək oyun saat 20:00-da başlanacaq.