
"Kəpəz" klubu yeni mövsüm üçün kapitanlarını təqdim edib.
Sportnet.az xəbər verir ki, əsas kapitan funksiyası Əli Səmədova həvalə olunub.
Ötən ildən komandanın şərəfini qoruyan Mahamadu Ba və Luis Paçu isə vitse-kapitanlığa layiq görülüblər.
Qeyd edək ki, "Kəpəz" Azərbaycan Premyer Liqasında ilk oyununu bu gün səfərdə "Sumqayıt"a qarşı keçirəcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq qarşılaşma saat 20:30-da başlanacaq.