
AFFA İntizam Komitəsi "Qəbələ" klubunu 700 manat cərimələyib.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasında I turun "Karvan-Yevlax"la səfər matçında "qırmızı-qaralar"ın 4 futbolçusu sarı vərəqə alıb.
Qeyd edək ki, çempionatın Şamaxı şəhər stadionunda təşkil olunmuş açılış oyununda qalib müəyyənləşməyib - 1:1.