
Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubunun və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldunun sevgilisi Corcina Rodriges çimərlik fotolarını paylaşıb.
Sportnet.az-ın məlumatına görə, Rodriges dəniz sahilində çəkdirdiyi şəkilləri sosial şəbəkə hesabında nümayiş etdirib.
Xatırladaq ki, avqustun 11-də Corcina Ronaldunun ona rəsmi evlilik təklif etdiyini açıqlayıb. 2016-cı ildən münasibətdə olan cütlük birlikdə 5 uşaq böyüdür.