
Qusar şəhər stadionunda təmir işlərinə gələn il başlanılacaq.
Sportnet.az-ın məlumatına görə, bu barədə yerli icra başçısı Sahir Məmmədxanov açıqlama verib.
O bildirib ki, proses stadionun dövlətin mülkiyyətinə verilməsindən sonra start götürəcək.
Qeyd edək ki, Qusar şəhər stadionu 1962-ci ildə istifadəyə verilib. 2016-cı ildə arena sökülərək yenidənqurma işlərinə başlanılıb. Amma bərpa prosesi 2024-cu ilin mayında dayandırılıb. Bu səbəbdən, şəhəri təmsil edən və I Liqaya vəsiqə qazanmış "Şahdağ Qusar" komandası ev oyunlarını müxtəlif stadionlarda, son mövsümdə isə Şamaxı Olimpiya İdman Kompleksinə keçirməli olub.