
"Neftçi"nin baş məşqçisi Samir Abasov Ramil Şeydayev və Ryonosuke Ohorinin əvəzedici heyətə göndərilməsi barədə qərarını şərh edib.
Sportnet.az xəbər verir ki, 47 yaşlı mütəxəssis qərarı futbolçuların özləri ilə danışdıqdan sonra qəbul etdiklərini bildirib.
"Komandamıza gələn hər kəs özünə görə futbolçudur və yaxşı oyunçulardır. Sadəcə, bu, həyatdır, reallıqdır. Kimdəsə alınır, kimdəsə yox. Futbolçuların bu komandada gələcəkləri haqqında nələri gördüyümüzü özlərinə demişik və seçimi onlara buraxmışıq", - deyə o vurğulayıb.
Abasovun sözlərinə görə, belə addımın səbəbini futbolçuların özləri də düşünməli, dərk etməlidirlər: "Gələcəkdə necə olacağı barədə indi danışmaq istəmirəm. Sadəcə, biz öz oyunlarımıza hazırlaşacağıq".