
“Səbail” 2025/2026-cı il mövsümü üçün növbəti futbolçunu heyətinə cəlb edib.
Sportnet.az xəbər verir ki, “Araz-Naxçıvan”ın futbolçusu Turan Vəlizadə icarəyə götürülüb. 24 yaşlı yarımmüdafiəçi mövsümün sonuna kimi “dənizçilər”in uğurları üçün çalışacaq.
Qeyd edək ki, Vəlizadə daha əvvəl “Turan Tovuz” və “Neftçi” klublarda da çıxış edib.