"Kəpəz" rəhbərliyi Azərbaycan Premyer Liqasının ilk üç turunda komandanın göstərdiyi nəticələri müzakirə edib.
Klubdan Sportnet.az-a verilən məlumata görə, İdarə Heyəti kollektivin hər üç matçda məğlub olmasından narahatlığını bildirib. Baş məşqçi Adil Şükürovun qarşısına növbəti üç tur ərzində komandanı toparlamaq və xalların bərpa olunması hədəf olaraq qoyulub.









































































