
Azərbaycan Premyer Liqasının növbəti turunda “Kəpəz”lə qarşılacaq “Araz-Naxçıvan” hazırlığını Bakı Olimpiya Stadionunun ehtiyat meydanında davam etdirir.
Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, bir müddətdir zədə səbəbindən oyunlarda iştirak etməyən Roman Maçado fərdi məşqlərə başlayıb.
O, fiziki hazırlıq üzrə məşqçi Teodor Terziyevin rəhbərliyi tapşırıqları yerinə yetirir.
Qeyd edək ki, “Kəpəz” – “Araz-Naxçıvan” oyunu sentyabrın 12-də, saat 17:45-də, Qəbələ şəhər stadionunda keçiriləcək.