
"Bombardir olmağımla qürur duyuram, möhtəşəm hissdir".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin kapitanı Emin Mahmudov Ukrayna ilə oyunda penaltidən qol vuraraq, yığmanın ən məhsuldar futbolçusu olması barədə danışarkən deyib.
Təcrübəli yarımmüdafiəçi bundan ötrü çox çalışaraq əziyyət çəkdiyini diqqətə çatdırıb: "Komanda yoldaşlarıma da təşəkkür edirəm. Çünki onlarsız bu rekordu yeniləmək olmazdı. Bu qol nəticəyə də təsir etdi. Uduzsaydıq, belə sevinməzdim. Amma heç olmasa, yaxşı nəticə əldə etdik. Qola da çox sevindim".
Mahmudov bu qolu çox gözlədiyini etiraf edib: "Çalışacağam ki, öz rekordumu yeniləyim. İndi daha rahatam. Bir qolu vurmağıma çox vaxt keçdi. Bu qolu bir ildən çox gözlədim".
Qeyd edək ki, hazırda Emin Mahmudovun Azərbaycan millisində 15 qolu var.