
Dünyanın sabiq bir nömrəli qadın tennisçisi Mariya Şarapova keçmiş futbolçu Devid Bekhemlə təntənəli mərasimdə bir araya gəlib.
Sportnet.az-ın məlumatına görə, rusiyalı raketka ustası bu barədə sosial şəbəkədə paylaşım edib.
38 yaşlı eks-tennisçi və 50 yaşlı veteran yarımmüdafiəçi əllərində pivə ilə şəkil çəkdiriblər. Hər iki şəxs "Stella Artois" pivəsinin səfirləridir. Onlar istehsalçı şirkətin təşkil etdiyi tədbirdə görüşüblər.
Qeyd edək ki, Devid Bekhem hazırda ABŞ-ın "İnter Mayami" futbol klubunun sahibidir. Mariya Şarapova isə bu yaxınlarda Beynəlxalq Tennis Şöhrəti Zalına daxil edilib.